İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, futbolçu “Andorra” ilə keçirilən qarşılaşmada rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub.
Toqquşma zamanı qapıçının dizi de Migelin sinəsinə dəyib. Nəticədə hücumçu huşunu itirib və ürəyi dayanıb.
Təcili xəstəxanaya çatdırılan futbolçunun vəziyyətini həkimlər əvvəlcə stabilləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sequndanın XII turunda keçirilən “Tenerife” – “Andorra” matçı 2:2 hesabı ilə davam edərkən yarımçıq dayandırılıb.
Xesus Ovono isə qırmızı vərəqə alıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:08 / 03.11.2026
İspaniyalı futbolçu meydanda qapıçı ilə toqquşduqdan sonra öldü - Hadisə anının videosu
Hazırda oxunan: İspaniyalı futbolçu meydanda qapıçı ilə toqquşduqdan sonra öldü - Hadisə anının videosu
Hazırda oxunan: İspaniyalı futbolçu meydanda qapıçı ilə toqquşduqdan sonra öldü - Hadisə anının videosu
645753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































