Türkiyəli alim, professor Rana Sanyalın rəhbərliyi ilə hazırlanan yeni xərçəng dərmanı mühüm mərhələni geridə qoyub. Kimyaterapiyanın yan təsirlərini azaltmağı və dərmanı birbaşa şiş toxumasına çatdırmağı hədəfləyən RS-0139 adlı preparatın I faza klinik tədqiqatları başa çatıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə başlayan araşdırmanın beynəlxalq miqyasda davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələ üçün əsas hədəf isə 2027-ci ildir.
Boğaziçi Universitetində başlayan elmi araşdırmalar nəticəsində hazırlanan preparat dosetaksel adlı kimyaterapiya maddəsinin hədəfli çatdırılması texnologiyasına əsaslanır. Bu üsulla dərmanın xərçəng hüceyrələrinə təsirini artırmaq, sağlam toxumalara zərəri isə azaltmaq hədəflənir.
Ankara və İstanbulda yerləşən iki xəstəxanada aparılan ilk klinik sınaqlarda 16 xəstə iştirak edib. Araşdırma zamanı preparatın təhlükəsizliyi, orqanizm tərəfindən qəbul edilməsi və uyğun dozaları qiymətləndirilib. İlkin nəticələrin ümidverici olduğu bildirilib.
RS Research şirkəti preparatın II faza beynəlxalq klinik sınaqlarına 2027-ci ilin ilk rübündə başlamağı planlaşdırır. Bu mərhələdə dərmanın effektivliyi və təhlükəsizliyi daha geniş xəstə qrupu üzərində araşdırılacaq.
Qeyd edək ki, RS-0139 hələ təsdiqlənmiş xərçəng müalicəsi deyil. Onun gələcəkdə tibbdə tətbiqi klinik sınaqların nəticələrindən asılı olacaq.
Qəmər, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:32 / 03.11.2026
Xərçəngə qarşı yeni dərman – 16 xəstə ilk sınaqlardan keçdi
Hazırda oxunan: Xərçəngə qarşı yeni dərman – 16 xəstə ilk sınaqlardan keçdi
Hazırda oxunan: Xərçəngə qarşı yeni dərman – 16 xəstə ilk sınaqlardan keçdi
645719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































