Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Müzakirələrdən sonra hazırkı Ombudsman Səbinə Əliyevanın təkrar bu vəzifəyə seçilməsi təsdiqlənib. O, 100 səs çoxluğu ilə seçilib.
Xatırladaq ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Qanunvericiliyə görə, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxsin iki dəfədən artıq bu vəzifəyə seçilməsi yolverilməzdir.
Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkil seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.
Qeyd edək ki, digər namizəd Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayevin lehinə 8 və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevanın lehinə isə 13 səs verilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:12 / 03.11.2026
Səbinə Əliyeva yenidən ombudsman seçildi
Hazırda oxunan: Səbinə Əliyeva yenidən ombudsman seçildi
Hazırda oxunan: Səbinə Əliyeva yenidən ombudsman seçildi
645715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































