Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

Hazırda oxunan: Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

645741

Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.

Bizim.Media xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, 66 yaşlı B.Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub. (Qafqazinfo.аz)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin