Bu şəxslər iş icazəsi almadan ölkəmizdə çalışa biləcəklər

Hazırda oxunan: Bu şəxslər iş icazəsi almadan ölkəmizdə çalışa biləcəklər

645733

Aqroparkların rezidentləri tərəfindən işə cəlb edilən əcnəbi aqronom, bağçılıq mütəxəssisi və baytar həkimlərin iş icazəsi almaq öhdəliyindən azad edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, aqroparkın rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən aqronoma, bağçılıq üzrə mütəxəssisə, baytar həkimə (o şərtlə ki, həmin şəxslər cəlb olunduqları fəaliyyət sahəsində təcrübəyə malik olsunlar) güzəştin tətbiqi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, dəyişiklik 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin