Gecə boyu tətbiq edilən “Xalça” rejimi zamanı Moskvaya uçan onlarla təyyarə ehtiyat aerodromlara yönləndirilib. İlk olaraq saat 23:00 radələrində Vnukovo, ardınca Domodedovo hava limanları bağlanıb.
Bizim.Media xəbər verir ki, bəzi təyyarələr Şeremetyevoda eniş edib, digərləri Nijni Novqorod, Saratov və Pulkovo hava limanlarına göndərilib.
Hurqadadan uçan Nesma Airlines aviaşirkətinin NE-490 reysi isə Minskdə eniş edib. Bir neçə təyyarə İstanbula, “Azal” aviaşirkətinin J2-809 reysi isə Bakıya geri qayıdıb.
Bununla əlaqədar bir sıra geriyə uçuşlar da ləğv edilib. Belə ki, bu gün Vnukovo hava limanından Türkiyə, Misir, Ermənistan və Azərbaycana uçuşlar da daxil olmaqla 25 reys ləğv olunub. 70-dən çox reys isə gecikib.
Ən uzun gecikmə Utair aviaşirkətinin İrəvana uçan UT-785 reysində qeydə alınıb – 21 saat. Bakıya uçan J2-806 və J2-812 reysləri isə müvafiq olaraq 16,5 və 18 saat təxirə salınıb.
Nəticədə turistlərin Avropaya digər uçuşlarla birləşmələri də baş tutmayıb. Məhdudiyyətlər yalnız saat 08:02-də aradan qaldırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:55 / 03.11.2026
Moskva aeroportlarında dron həyəcanı: Bakı reysləri də gecikib
Hazırda oxunan: Moskva aeroportlarında dron həyəcanı: Bakı reysləri də gecikib
Hazırda oxunan: Moskva aeroportlarında dron həyəcanı: Bakı reysləri də gecikib
645752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































