Gürcüstan 101 əcnəbini deportasiya etdi -Azərbaycanlılar da var

Hazırda oxunan: Gürcüstan 101 əcnəbini deportasiya etdi -Azərbaycanlılar da var

645730

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 101 əcnəbi vətəndaşı ölkədən deportasiya ediblər. Deportasiya olunanlar arasında Rusiya vətəndaşları ilə yanaşı, azərbaycanlılar da var.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkədən Azərbaycan, Ermənistan, Əlcəzair, Belarus, Misir, İordaniya, Hindistan, Keniya, Çin, Kuba, Kot-d’İvuar, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan, Filippin və digər ölkələrin vətəndaşları deportasiya ediliblər.

Deportasiya olunan şəxslərə Gürcüstana giriş qadağası qoyulub.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib.

Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığı barədə məlumat verir.

Nazirliyin məlumatına görə, ilin əvvəlindən indiyədək Gürcüstandan 3,6 mindən çox qeyri-qanuni miqrant deportasiya edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin