Lukaşenko: “Ukraynadakı münaqişə yaxın aylarda başa çatacaq”

Hazırda oxunan: Lukaşenko: “Ukraynadakı münaqişə yaxın aylarda başa çatacaq”

645755

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb və münaqişənin yaxın vaxtlarda başa çatacağına əminliyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Pervoqo” teleqram kanalı məlumat yayıb.

Belarus lideri dünyada hər kəs üçün kifayət qədər enerji və digər resursların olduğunu vurğulayaraq tərəfləri heç olmasa bir məsələdə razılığa gəlməyə – “bir-birinə atəş açmağı dayandırmağa” çağırıb.

Onun sözlərinə görə, rəsmi Minsk qanlı qarşıdurmanın Belarus sərhədlərinin bilavasitə yaxınlığında, iki qardaş xalq arasında baş verməsi səbəbindən münaqişənin mümkün qədər tez sülh yolu ilə həllində maraqlıdır.

Mövcud qarşıdurmanın başlanğıcına toxunan Lukaşenko hesab edir ki, 2022-ci ildə münaqişəni “bir neçə həftə ərzində” başa çatdırmaq mümkün idi.

O bildirib ki, Minsk sülhə nail olmaq üçün ciddi səylər göstərib. Lakin Böyük Britaniya Kiyevdən “sonuncu ukraynalıya qədər” döyüşməyi tələb edib və silah tədarük etməklə minlərlə insanın həyatını xilas etmək üçün real şansın əldən verilməsinə səbəb olub.

Prezident, həmçinin münaqişənin bütün iştirakçılarının qüvvə və resurslarının tükəndiyini qeyd edib.

Onun qiymətləndirməsinə görə, Avropada “eskalasiyanın kimdən qaynaqlandığını anlamağa başlayıblar”. Bu isə müharibənin yaxın perspektivdə başa çatması üçün zəmin yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin