Misli Premyer Liqasının lideri "Neftçi" keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla özü üçün XXI əsrin rekorduna imza atıb.
Bu barədə Bizim.Media-ya Peşəkar Futbol Liqasından məlumat verilib.
Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/2001 mövsümünün müvafiq dövründə 28 qol vurub.
Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan "Neftçi" bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2.50-yə çata bilməyib.
Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də "Neftçi"yə məxsusdur. Bakı təmsilçisi 1996/1997 mövsümünün startında 10 oyunda 42 qola sevinib.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:08 / 03.11.2026
"Neftçi" əsrin rekorduna imza atdı
Hazırda oxunan: "Neftçi" əsrin rekorduna imza atdı
Hazırda oxunan: "Neftçi" əsrin rekorduna imza atdı
645740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































