Hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyəti nəzərə alınaraq inzibati xətalar haqqında işlərə 15 gün müddətində baxılacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunub.
Qanun layihəsinə əsasən, hərbi qulluqçunun xidməti vəzifələrinin icrası ilə bağlı və ya digər üzrlü səbəblərdən dərhal məhkəməyə gələ bilmədiyi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə gətirilə bilmədiyi hallarda barəsində başlanılmış inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə 15 gün müddətdə baxılır.
Bundan başqa, hərbi qulluqçunun xidməti vəzifələri və ya digər üzrlü səbəblərdən məhkəməyə dərhal gələ bilmədiyi hallarda, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun isə məhkəməyə gətirilməsi mümkün olmadıqda, inzibati həbs nəzərdə tutan işlərə qanunla müəyyən edilmiş müddətdə baxılması təklif olunur.
Qanun layihəsinə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi 1 gündən artıq, lakin 10 gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:22 / 03.11.2026
Xidmət yerini özbaşına tərk edən hərbçilər cəzalandırılacaq
Hazırda oxunan: Xidmət yerini özbaşına tərk edən hərbçilər cəzalandırılacaq
Hazırda oxunan: Xidmət yerini özbaşına tərk edən hərbçilər cəzalandırılacaq
645734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































