Sabunçuda silsilə oğurluq edən şəxs kameraya düşdü – ANBAAN VİDEO

Hazırda oxunan: Sabunçuda silsilə oğurluq edən şəxs kameraya düşdü – ANBAAN VİDEO

643852

Sabunçu rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb.
 

Polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıyev saxlanılıb.


Onun oğurladığı mobil telefonları və planşeti satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin