Avropada ən çox qələbə qazananlar- “Sabah” lider, “Qarabağ” 3-cüdür

Hazırda oxunan: Avropada ən çox qələbə qazananlar- “Sabah” lider, “Qarabağ” 3-cüdür

631138

Cari mövsüm Avrokubokların təsnifat mərhələsində ən çox qələbə qazanan klubların adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, siyahıya “Sabah” başçılıq edir. 

Çempionlar Liqasında mübarizə aparan Valdas Dambrauskasın komandası keçirdiyi 6 görüşün 5-də qələbə qazanmaqla liderliyə sahibdir. 
 

Digər təmsilçimiz “Qarabağ” isə 3-cü pillədə qərarlaşan komandaların siyasında yer alıb. Qurban Qurbanovun yetirmələri 3 qələbə ilə bu siyahıya düşüblər. 


Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva), “Qarabağ” isə Niderlandın “Tvente” komandası ilə üz-üzə gələcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin