Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

Hazırda oxunan: Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub

631049

Kiprin "Pafos" klubunda çıxış edən Azərbaycan futbolçusu Murad Məmmədov yeni komandasında ilk qolunu vurub.

Bizim.Media xəbər verir ki, 20 yaşlı futbolçu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Avstriyanın "Zaltsburq" komandasına qarşı keçirilən görüşün 84-cü dəqiqəsində fərqlənib.

Murad Məmmədov bu qolla "Pafos"un hesabı 3:3-ə çatdırmasına kömək edib.

Qeyd edək ki, komandalar arasında Avstriyada keçirilən ilk oyunda "Zaltsburq" 1:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin