"Xankəndi" Futbol Klubunda Elnur Məcidov icraçı direktor vəzifəsində fəaliyyətini davam etdirəcək.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, klubun qarşıdakı mövsüm üçün müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, idarəetmədə sabitliyin qorunması və əvvəlki mövsümlərdə formalaşmış iş prinsiplərinin davam etdirilməsi məqsədilə qərar qəbul olunub.
Buna əsasən, Elnur Məcidov "Xankəndi" Futbol Klubunun icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Elnur Məcidov ötən mövsümlərdə klubun formalaşması, inkişaf mərhələləri, təşkilati işlərin qurulması və idarəetmə proseslərində mühüm rol oynayıb.
Onun rəhbərliyi ilə klubun qarşısında duran əsas vəzifələrdən biri olan peşəkar idarəetmə modelinin daha da təkmilləşdirilməsi, infrastrukturun inkişafı, idman nəticələrinin yüksəldilməsi və uzunmüddətli hədəflərin həyata keçirilməsi istiqamətində işlər davam etdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:49 / 13.08.2026
Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI
Hazırda oxunan: Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI
Hazırda oxunan: Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI
630915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































