Argentinalı futbolçu Lionel Messi atasının ölümündən sonra futbolçu karyerasını davam etdirmək barədə ciddi şübhəsi olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Messi bu barədə sosial şəbəkə hesabında atasına ünvanladığı duyğusal paylaşımında yazıb.
“Sənsiz nə edəcəyimi, necə davam edəcəyimi bilmirəm. Mən sadəcə futbol oynayırdım, indi isə bunu daha uzun müddət davam etdirib-etdirməyəcəyim barədə böyük şübhələrim var”, – Messi qeyd edib.
Futbolçu atasının həyatının əvvəlindən sonuna qədər onun yanında olduğunu vurğulayıb və ona ünvanlanmış sözlərində “Niyə bir az da dözmədin ki, birlikdə sona çataq?” deyə yazıb.
Messi paylaşımında atasının ondan sonuncu dünya çempionatında oynamağını istədiyini də bildirib. Lakin turnirin başlamasına bir neçə gün qalmış atasının səhhəti pisləşib.
Futbolçunun sözlərinə görə, bu, atasının onun yanında olmadığı ilk dünya çempionatı olub. Messi hər oyundan sonra atasından mesaj gözlədiyini və onun üçün darıxdığını bildirib.
“Həmin vaxt vəziyyətin həqiqətən ciddi olduğunu başa düşdüm”, – argentinalı futbolçu əlavə edib.
Bizim.Media


































































































