Türkiyənin "Fənərbağça" klubu Romelu Lukakunun keçidini açıqlayıb.
Bizim.Media İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 33 futbolçu bu gün Bakı vaxt ilə saat 23:00-da Türkiyədə olacaq.
Ulduz hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
"Fənərbağça" İtaliyanın "Napoli" klubu ilə 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıb.
Qeyd edək ki, Romelu Lukaku karyerası ərzində "Anderlext", "Çelsi", "Vest Bromviç", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma" kimi komandalarda çıxış edib.
Bizim.Media






























































































