Qanalı cadugər Harri Keyni lənətləyəcək

Hazırda oxunan: Qanalı cadugər Harri Keyni lənətləyəcək

620872

Qanalı cadugər Nana Kvaku Bonsam İngiltərə millisinin hücumçusu Hari Keyn barədə maraqlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, İngiltərə - Qana oyunu ərəfəsində Keynin meydana çıxmasına mane olmaq istədiyini bildirib.
 

“Mən Hari Keyn üzərində işləyirəm. Daha əvvəl nəyə qadir olduğumu göstərmişəm, ona görə də onu necə dayandıracağımı bilirəm. Ona ciddi zədə arzulamıram. Elə etmək kifayətdir ki, ölkəmə qarşı oyunda iştirak edə bilməsin. Qanaya kömək etmək üçün öz işimi görəcəyəm”.


Qeyd edək ki, Nana Kvaku Bonsam 2014-cü il FIFA Dünya Çempionatının qrup mərhələsindəki Portuqaliya – Qana oyunundasn əvvəl portuqaliyalı ulduz futbolçu Kriştianu Ronalduya lənət oxuduğunu iddia etmişdi. Həmin dövrdə Ronaldunun dizindən zədə alması bu açıqlamaların yenidən gündəmə gəlməsinə səbəb olub.

Əlavə edək ki, iyunun 23-də keçiriləcək DÇ-2026-nın qrup mərhələsinin II turunun İngiltərə – Qana oyunu ABŞ-ın Foksboro şəhərində(Massaçusets ştatı) yerləşən “Gillette Stadium”da baş tutacaq. Oyun Bakı vaxtl ilə 23:59-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin