Fransalı jurnalist Nataşa Rey Fransa prezidentinin həyat yoldaşı Bricit Makron və onun qardaşı Jan-Mişel Tronye tərəfindən qaldırılmış böhtan iddiası üzrə məhkəmə işində qalib gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danqlean “X” hesabında məlumat verib.
Xatırladaq ki, iddia 2021-ci ildə Nataşa Rey və Amandin Ruanın Fransa birinci xanımının guya kişi olaraq Jan-Mişel Tronye adı ilə dünyaya gəldiyi barədə yaydıqları iddialarla bağlı idi.
2024-cü ilin sentyabrında birinci instansiya məhkəməsi hər iki qadını böhtanda təqsirli bilərək Bricit Makron və qardaşına təzminat ödəməyə məkum etmişdi. Lakin 2025-ci ilin iyulunda Paris Apellyasiya Məhkəməsi bu hökmü ləğv edərək Rey və Ruanı bütün ittihamlar üzrə bəraət verib.
Bunun ardınca Bricit Makron, Jan-Mişel Tronye və prokurorluq qərardan Kassasiya Məhkəməsinə şikayət vermişdi.
Qeyd edək ki, Apellyasiya Məhkəməsinin qərarı hüquqi prosedurlarla bağlı olub, Bricit Makronun cinsi və ya bioqrafiyası ilə bağlı internetdə yayılan iddiaların təsdiqlənməsi mənasına gəlmir.
Bizim.Media






























































































