Futbol tarixində İLK: Ana və oğul dünya çempionatında oynadı

Hazırda oxunan: Futbol tarixində İLK: Ana və oğul dünya çempionatında oynadı

619601

2026-cı il Dünya Çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən İran – Yeni Zelandiya matçında dünya futbol tarixində unikal hadisə qeydə alınıb.

Bizim.Media “Çempionat” nəşrinə istinadla xəbər verir ki, futbol tarixində ilk dəfə olaraq Dünya Kubokunda həm ana, həm də onun oğlu çıxış edib.
 

Söhbət Yeni Zelandiyanı təmsil edən Cenni və Tayler Bindonlardan (Tyler Bindon) gedir. Məlumata görə, Yeni Zelandiya millisinin sabiq qadın futbolçusu Cenni Bindon öz karyerası ərzində yığmanın heyətində 77 oyun keçirib, 2007 və 2011-ci illərin dünya çempionatlarında, eləcə də 2012-ci il Olimpiadasında ölkəsini təmsil edib.


İyunun 16-da isə onun oğlu, Yeni Zelandiya kişi yığmasının müdafiəçisi Tayler Bindon İranla keçirilən dramatik qarşılaşmanın (2:2) son dəqiqələrində meydana daxil olaraq rəsmən Dünya Çempionatında debüt edib. Bununla da Bindonlar ailəsi dünya futbolunun tarixinə adlarını yazdırıblar.

Xatırladaq ki, sayca 23-cü olan DÇ-2026 ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçirilir. İyunun 11-də start götürən qlobal turnir iyulun 19-da yekunlaşacaq. Hazırkı dünya çempionu titulunu isə 2022-ci ildə Qətərdə keçirilən finalda Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin