Komandamız üçüncü oldu

Hazırda oxunan: Komandamız üçüncü oldu

60915
Boks üzrə Azərbaycan yığması Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
 
13 döyüşçü ilə yarışlara qatılan yığmamız ümumi komanda hesabında üçüncü yerə çıxıb. Birinci və ikinci yerləri is  Rusiya və Ukrayna komandaları tutub.
 
Boksçumuz Ruslan Rüstəmov (46 kq) ukraynalı Oleq Çulyaçetyev üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Bəxtiyar Qazıbəyov (57 kq) isə yalnız həlledici görüşdə Rusiya boksçusu Anatoli Jirnova uduzaraq ikinci yeri tutub. Pərviz Quliyev (63 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (75 kq) və Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) üçüncü yerlə kifayətləniblər.
 
Avropa birinciliyində 33 ölkədən 254 boksçu mübarizə aparıb.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin