Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Hazırda oxunan: Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

623766

Monakoda ukraynalı iş adamı Vadim Yermolayevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən Anastasiya Berezovskayanın cəsədi dünən axşam Kiyev yaxınlığında basdırılmış vəziyyətdə tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayinskaya Pravda” mənbələrə istinadən məlumat yayıb.

Ukrayna mediası, həmçinin 39 yaşlı Anastasiya Berezovskayanın cəsədində odlu silah yarası olduğunu bildirir. Məlumatlara görə, onun qətli ilə əlaqədar artıq iki şübhəli şəxs saxlanılıb.

Biri Ukrayna Baş Kəşfiyyat İdarəsinin xidmətdə olan zabiti, digəri isə Ukraynanın hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşıdır.

Həmçinin bildirilir ki, qadın 22 mart 2025-ci ildən 1 iyul 2026-cı ilə qədər Ukraynadan kənarda olub. Berezovskaya əvvəllər İnterpolun axtarışda olan şəxslər siyahısına salınmışdı.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin