Rusiya qüvvələri Dnepropetrovsk vilayətinə qarşı genişmiqyaslı hücumlarını davam etdirir. Ötən gecədən bu səhərə qədər bölgəyə onlarla raket, PUA və artilleriya zərbəsi endirilib.
Bizim.Media xəbər verir ki, hücumlar nəticəsində mülki infrastruktur və yaşayış məntəqələri ciddi ziyan görüb.
İlkin məlumatlara görə, düşmənin əsas hədəfləri arasında yanacaqdoldurma məntəqələri (YDM), texniki xidmət mərkəzləri, kənd təsərrüfatı texnikasının saxlandığı anbarlar və çoxmərtəbəli yaşayış binaları olub.
Hücumun ən ağır nəticələrindən biri Krivoy Roq şəhərində qeydə alınıb. Şəhərdəki "Yeni Poçta" (Nova Poshta) terminalına edilən hücum nəticəsində obyekt tamamilə yanaraq yararsız hala düşüb.
Bölgədə xilasetmə və yanğınsöndürmə işləri davam etdirilir. İtkilər və dağıntıların dəqiq miqyası barədə məlumatlar dəqiqləşdirilir.
Bizim.Media

































































































