Qusarda yük maşını aşdı: Badımcanlar yol kənarına töküldü

Hazırda oxunan: Qusarda yük maşını aşdı: Badımcanlar yol kənarına töküldü

623746

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq magistral yol ilə Samur-Abşeron kanalı arasındakı əraziyə aşıb.

Qəza nəticəsində ağır xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb.

Avtomobildə daşınan badımcanlar yol kənarına və Samur-Abşeron kanalına tökülüb.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin