Moldova Xarici İşlər Nazirliyi vətəndaşlarını Rusiyaya səfər etməkdən çəkinməyə çağırıb. Buna səbəb kimi sərhəddə gücləndirilmiş yoxlamalar və vətəndaşların Rusiya ordusunda xidmət etmək üçün müqavilə imzalamağa məcbur edilməsi göstərilir.
Bizim.Media xəbər verir ki, nazirlik bu barədə rəsmi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya sərhədçiləri xüsusilə 18-60 yaş arası kişilərə qarşı ciddi nəzarət tətbiq edirlər. Ölkəyə daxil olan şəxslər 3 saatdan 12 saata qədər dindirilir, onlardan yalan detektorundan (poliqraf) keçmək tələb olunur, həmçinin mobil cihazlarına və şəxsi məlumatlarına giriş imkanı istənilir.
Nazirlik vurğulayır ki, saxlanılan bəzi Moldova vətəndaşlarına Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaları üçün təzyiq göstərilir. Rusiya hakimiyyətinin tələblərini yerinə yetirməkdən imtina edən şəxslər isə ölkəyə giriş qadağası, inzibati məsuliyyət və ya həbs təhlükəsi ilə üzləşə bilərlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:52 / 07.07.2026
Moldova öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!
Hazırda oxunan: Moldova öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!
Hazırda oxunan: Moldova öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!
623754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































