Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) Ukrayna hərbçilərinin Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus gəmilərə ağır zərbələr endirdiyini bəyan edib.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, Madyarın sözlərinə görə, iyulun 7-nə keçən gecə baş tutan əməliyyat zamanı "Madyarın Quşları" adlı 414-cü əlahiddə briqadanın "Kayros" bölməsinin pilotları yanacaq daşıyan 8 tankeri aşkar edərək sıradan çıxarıblar.
Komandan hadisəni bu sözlərlə şərh edib:
"Kölgə donanması “çat”ı tərk edir. Rusiya Federasiyasının kölgə donanmasına məxsus 8 tanker bir gecədə darmadağın edilib. Azov dənizində Krım üçün benzin savaşı davam edir".
Robert Brovdi qeyd edib ki, iyulun 7-də gecə saatlarında aparılan hava-dəniz döyüşü sənaye səviyyəsinə çatıb.
Zərbələr nəticəsində təkcə tankerlər deyil, həmçinin Rusiyanın logistikasında mühüm rol oynayan digər dəniz nəqliyyat vasitələri də hədəf alınıb:
- 8 ədəd yanacaq dolu tanker;
- 1 ədəd quru yük gəmisi;
- 1 ədəd bərə.
Brovdinin bildirdiyinə görə, vurulan bütün tankerlər artıq identifikasiya olunub və onlar beynəlxalq sanksiyalar siyahısında olan gəmilərdir. O, hədəfə alınan gəmilərdən bir neçəsinin adını açıqlayıb: "Venera-3", "Sanar-1", "Sanar-17", "Klimena", "Teti", "Aleksey Savrasov" vә "Penelopa". Siyahıdakı səkkizinci tankerin adı isə hazırda dəqiqləşdirilir.
Tanker hücumları ilə paralel olaraq, Ukrayna tərəfi müvəqqəti işğal olunmuş ərazilərin dərinliklərinə də kütləvi zərbələr endirib. Madyar qeyd edib ki, gecə ərzində Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri düşmənin operativ arxasında yerləşən 58 qanuni hərbi hədəfi uğurla vurublar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:03 / 07.07.2026
Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO
623802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































