Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

Hazırda oxunan: Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

623792

Daşkəsən rayonunda döyülərək Gəncədəki xəstəxanalardan birinə çatdırılan 14 yaşlı yeniyetmənin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.

Gəncə Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 02.07.2026-cı il tarixində saat 23:00 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

"Baş-beyinin silkələnməsi və baş-beyinin çapılmış yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə rayonun Zivlən kəndində baş verib.

Kənd sakini 2012-ci il təvəllüdlü Ömər İsmayılov baş nahiyyəsindən ağır kəllə beyin travması ilə Z. Məmmədov adına Gəncə şəhər xəstəxanasına daxil olub.

Müayinə zamanı onun baş nahiyyəsində iki ağır zərbə və sol qulağından isə açıq yara aşkar edilib. Yaralıya ilkin tibbi yardım göstərilib vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, Ömər İsmayılova qonşusu 50 yaşlı Zöhrab İmanov mübahisə zamanı baş nahiyyəsinə armaturla iki zərbə, sol qulağına isə bir zərbə vurub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin