Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

623777

Dairəvi hərəkət təşkil edilmiş yolayrıclarına daxil olan sürücü dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu cür qayda pozuntusu qəzanı qaçılmaz edir.

"Tələsməyin, gözləyin, qaydalara əməl etməklə yolunuza davam edin", - deyə məlumatda vurğulanıb.

NİİM-in yaydığı videoda Bakıda dairəyə düzgün daxil olmayan avtomobilin digər nəqliyyat vasitəsi ilə toqquşduğu qəza anı əks olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin