İsrail-Livan danışıqlarının növbəti raundu bu ölkədə keçiriləcək

Hazırda oxunan: İsrail-Livan danışıqlarının növbəti raundu bu ölkədə keçiriləcək

623744

İsrail-Livan danışıqlarının altıncı mərhələsi iyulun 15-16-da Romada səfirlər səviyyəsində keçiriləcək.

Bizim.Media “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yexiel Lyayter deyib.

Diplomat əlavə edib ki, iyulun 21-də isə ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aunla görüşəcək.
 

Xatırladaq ki, iyunun 26-da Livan, ABŞ və İsrail arasında üçtərəfli çərçivə anlaşması imzalanıb. Bu Vaşinqtonda baş tutan birbaşa danışıqların beşinci raundundan sonra mümkün olub. Tərəflər Livanın cənubunda İsrail qoşunlarının Livan ordusuna təhvil verəcəyi iki regionun müəyyənləşdirilməsi və mərkəzi hakimiyyətə tabe olmayan silahlı qrupların tərksilah edilməsi barədə razılığa gəliblər.


Livan Hökuməti də məsələyə dair bəyanat yayıb. Bildirilib ki, Baş nazir Nəvaf Sallam dünən ordu komandanı, general Rudolf Heykəllə çərçivə razılaşmasının yerinə yetirilməsi ilə bağlı hazırlıqları müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin