İtkin düşən turistlər tapıldı

Hazırda oxunan: İtkin düşən turistlər tapıldı

623734

Rusiyanın Maqadan vilayətində İqandja və Arman çaylarında qayıqla səyahət edərkən itkin düşən turist qrupu tapılıb.

Bizim.Media xəbər verir ki, səyyahlar marşrutun son nöqtəsindən təxminən 30 kilometr aralıda, havadan aparılan axtarışlar nəticəsində aşkarlanıb.

Məlum olub ki, turistlər gözlənilməz qəza ilə üzləşiblər. Onların qayıqları çayda çevrilib, bu zaman peyk telefonu da suya düşərək sıradan çıxıb. Nəticədə qrup üzvləri əlaqə saxlaya və kömək istəyə bilməyiblər.

Xilasedicilər helikopter vasitəsilə turistləri Maqadan şəhərinə çatdırıblar. Onların səhhətinin yaxşı olduğu və həyatları üçün heç bir təhlükənin olmadığı bildirilir.

Mütəxəssislər vurğulayıblar ki, turistlərin sağ qalmasında və qısa müddətdə tapılmasında ən vacib amil onların marşrutlarını əvvəlcədən Fövqəladə Hallar Nazirliyində (FHN) qeydiyyatdan keçirmələri olub. Məhz bu qeydiyyat sayəsində axtarış işlərinə vaxtında başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin