Zelenski: "Müharibənin taleyi havada həll olunacaq" - FOTO

Hazırda oxunan: Zelenski: "Müharibənin taleyi havada həll olunacaq" - FOTO

623730

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibənin həlledici mərhələsi quru və dənizdən hava məkanına keçib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Ukraynanın artıq quruda və dənizdə vəziyyəti öz xeyrinə dəyişdiyini vurğulayıb.

"Bu gün əminəm ki, bu müharibədə qələbə daha ağıllı olan tərəfə qismət olacaq. Əgər rəqibi quruda dayandıra bildiksə, dəniz dronlarından istifadə edərək Rusiya donanmasını geri çəkilməyə məcbur etdiksə, deməli, növbəti döyüş meydanı səmadır", - deyə Zelenski qeyd edib.

O, əlavə edib ki, artıq döyüşlərdə ölkənin ərazi ölçüsünün və əhali sayının o qədər də böyük əhəmiyyəti qalmayıb:

"Biz müharibənin hava fazasına daxil olmuşuq və artıq bu sahədə rəqabət aparmağa qadirik".

Prezident ABŞ lideri Donald Trampla bu yaxınlarda baş tutan telefon danışığından da bəhs edib. Zelenskinin sözlərinə görə, Tramp Ukraynanın uzaq mənzilli dronlarla apardığı kampaniyanı "çox uğurlu" adlandırıb.

Trampın Ukraynaya dəstək verib-verməməsi ilə bağlı sualı cavablandıran dövlət başçısı bildirib ki, amerikalı lider müharibəyə artıq yeni aspektdən baxmağa başlayıb:

"Prezident Tramp uğurlu tərəfdə olmaq istəyir. Buna təkcə onun xarakteri deyil, həm də yaxınlaşan seçkilər, siyasi statusu və müharibəni necə bitirməklə bağlı öz baxışları təsir edir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin