Vergi güzəştləri ilə bağlı YENİLİK

Hazırda oxunan: Vergi güzəştləri ilə bağlı YENİLİK

623775

Vergi güzəştlərinin tətbiqi qaydası dəqiqləşdirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmalarının və güzəştlərinin tətbiqi müddəti təqvim ili ərzində başladıqda və ya başa çatdıqda, həmin hesabat ili üzrə vergidən azad edilən gəlir (mənfəət) məbləği və ya əmlak (torpaq) dəyəri güzəştin qüvvədə olduğu günlərin sayının müvafiq təqvim ilindəki günlərin ümumi sayına olan nisbətinə mütənasib olaraq müəyyən ediləcək.

Vergi ödəyicisinin vergi uçotu vergi azadolmalarının və güzəştlərinin tətbiq edildiyi və edilmədiyi dövrlər üzrə gəlirlərin və xərclərin dəqiq fərqləndirilməsinə imkan verdiyi halda həmin azadolmalar və güzəştlər onların qüvvədə olduğu dövr üzrə faktiki göstəricilər əsasında tətbiq olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin