İyulun 6-da axşam saatlarında Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə bir ata və üç övladının batması ilə nəticələnən hadisə zamanı yeni detallar ortaya çıxıb.
Hadisə yerində olan ailə yaxınlarının verdiyi məlumata görə, ailə dənizə istirahət etmək üçün gəlibmiş.
Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatları nəticəsində 51 yaşlı Rasim Məmmədov və 10 yaşlı qızı Aytən Məmmədzadə xilas edilib. Axtarışlar zamanı dalğıclar R.Məmmədovun 21 yaşlı oğlu Raul Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda dənizdə batdığı ehtimal olunan 19 yaşlı Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.
Qohumlar dənizli və küləkli hava şəraitində valideynlərə övladlarını suya gətirməməyi tövsiyə edərək, bu cür halların tez-tez baş verdiyini və ərazidə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:22 / 07.07.2026
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı – VİDEO
Hazırda oxunan: Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı – VİDEO
Hazırda oxunan: Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı – VİDEO
623728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































