NATO-dan Ukraynaya dəstək: "Zərbələr Putini danışıqlara məcbur etmək üçündür" - FOTO

Hazırda oxunan: NATO-dan Ukraynaya dəstək: "Zərbələr Putini danışıqlara məcbur etmək üçündür" - FOTO

623741

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın uzaq mənzilli dronlarla Rusiya ərazisinə endirdiyi zərbələrin strateji əhəmiyyətini yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, Stubb Ukraynanın hazırda müharibənin əvvəlindən bəri "ən yaxşı mövqedə" olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyanın neft emalı zavodlarına və hərbi infrastrukturuna edilən hücumlar ABŞ daxil olmaqla, bir çox ölkənin münaqişəyə olan strateji baxışını dəyişib və Kiyevin danışıqlar masasındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:

"Düşünürəm ki, bütün NATO liderləri Ukraynanın niyə məhz belə hərəkət etdiyini başa düşür. Hamı hesab edir ki, Rusiyaya təzyiqlər davam etdirilməli və gücləndirilməlidir".

Stubb vəziyyətin artıq Ukraynanın xeyrinə dəyişdiyini vurğulayıb:

"Biz kifayət qədər əlverişli vəziyyətdəyik, çünki amerikalı dostlarımız da daxil olmaqla, hamı görür: bu gün döyüş meydanında üstünlük Ukraynadadır. Bu reallıq hətta sülh nizamlanmasında vasitəçi olmağa çalışanların da strateji təfəkkürünü dəyişib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin