Bernardo Silva mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçunun klubla müqaviləsi yayda başa çatır. Onunla yeni sözləşmə imzalanmayacaq. 31 yaşlı hücumameyilli yarımmüdafiəçi yayda azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu müddətdə "şəhərlilər"in heyətində meydana çıxdığı 451 rəsmi matçda 76 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media





































































































