Futbol üzrə Türkiyə Super Liqasının 10-cu turunun son matçında bu gün "Fənərbaxça”x9d doğma meydanda "Kayserispor”x9dla qarşılaşır.
Yenicag.az xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu”x9d stadionunda keçirilən bu qarşılaşmada "Fənərbaxça”x9d klubu tərəfindən Azərbaycana və Qarabağa dəstək nümayiş etdirilib. Belə ki, tribunalardan birində "Qarabağ, könlümüzdəsən”x9d sözləri yazılmış böyük pankart açılıb.
Əldə etdiyimiz məlumata görə, bu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib. Bu, Ermənistan tərəfinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri pozmaq cəhdlərinə qarşı növbəti zərbə kimi də qiymətləndirilə bilər.









































































































