Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Hazırda oxunan: Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

612550

Paytaxtın müxtəlif ərazilərində yaşayış binalarının giriş qapıları, divarları, hətta mənzillərin qapıları belə reklam kağızları ilə örtülür.

Bizim.Media xəbər verir ki, Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaş qeyd edib ki, mənzilinin qapısına xəbərdarlıq edilmədən reklam yerləşdirilib. Üstəlik, bununla bağlı etirazını bildirmək üçün əlaqə saxladığı şirkətdən kobud cavab alıb.

"Reklam vurduqları qapı elə bir materialdandır ki, üstündə iz qalır. Təmizləmək üçün xüsusi vasitə almalıyam", - deyə şikayətçi Sənan Mirzəyev narahatlığını dilə gətirib.

Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətdən isə məsələyə belə münasibət bildirilib:

"Biz həmin şəxsin qapısını döyüb reklamı yapışdırmasını istəməmişik. Həmin reklam kağızları insanlara paylanılması üçün verilib. Heç şirkətin həmin reklamın haraya yapışdırılmasından xəbəri belə yoxdur".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin