Macarıstanın xarici işlər naziri vəzifəsinə namizəd Anita Orban ölkəsinin Rusiya ilə bərabərhüquqlu və şəffaf münasibətlərə can atdığını bəyan edib.
Bizim.Media xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, bu barədə o, bazar ertəsi parlament komitəsinin iclasında çıxışı zamanı bildirib.
Öz təyinatı ilə bağlı beynəlxalq əlaqələr komitəsinin suallarını cavablandıran Anita Orban Macarıstanın yeni xarici siyasət kursunun prioritetlərini açıqlayıb.
Namizədin çıxışından əsas məqamlar:
Rusiya ilə münasibətlər: "Rusiya tərəfdaş olaraq qalacaq, lakin münasibətlər birtərəfli asılılığa əsaslana bilməz. Mövcud geosiyasi vəziyyətdə Rusiyanın siyasətinin Macarıstan və Avropanın təhlükəsizliyinə təhdid yaratdığı aydındır".
Etimadın bərpası: Anita Orban qeyd edib ki, onun əsas vəzifəsi əvvəlki hökumətin dövründə itirilmiş etimadı bərpa etmək olacaq.
Daxili islahatlar: O, məhkəmə hakimiyyətinin müstəqilliyini, dövlət tenderlərinin şəffaflığını, korrupsiya ilə mübarizəni və Avropa İttifaqı vəsaitlərinin istifadəsinə nəzarəti təmin edəcək qanunların qəbul edilməsinin vacibliyini vurğulayıb.
Ukrayna məsələsi: Namizəd həmçinin təsdiqləyib ki, Macarıstan Ukraynaya hərbçi və ya hərbi texnika göndərmək niyyətində deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:15 / 11.05.2026
Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır
Hazırda oxunan: Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır
Hazırda oxunan: Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır
612498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































