Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, respublika hakimiyyəti ev sahibi tərəf kimi beynəlxalq platformalarda səslənən bütün bəyanatlara reaksiya vermək məcburiyyətində deyil.
Bizim.Media xəbər verir ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya ünvanladığı bəyanatları jurnalistlərə şərh edən Paşinyan qeyd edib ki, bu cür tədbirlər çoxtərəfli platformalardır.
Paşinyan deyib: "Avropa Siyasi Birliyinin sammiti çoxtərəfli platformadır və keçirildiyi yerin əhəmiyyəti yoxdur. Bu tədbir mənim olduğu dərəcədə, həm də digər tərəfdaşlarımızın tədbiridir".
Baş nazirin sözlərinə görə, daha əvvəl onun iştirakı ilə Rusiya Prezidenti Vladimir Putin də müxtəlif ölkələrin ünvanına bəyanatlar səsləndirib, lakin heç kim Ermənistan tərəfindən həmin çıxışlara reaksiya tələb etməyib.
Bizim.Media








































































































