Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Hazırda oxunan: Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

612507

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə qarşı mümkün hücumla bağlı Belarus ordusunun hazırlıq vəziyyətinin yoxlanılmasının zəruriliyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, hərbçilərlə keçirdiyi görüşdə bildirib.

Belarus liderinin sözlərinə görə, müasir silahlı münaqişələr göstərir ki, yalnız hava zərbələri ilə qələbə qazanmaq mümkün deyil.

Lukaşenko öz fikrini son hadisələrlə əsaslandırıb: "ABŞ, İsrail və İranın iştirakı ilə baş verən son münaqişəni götürək. Bombardman etdilər, raketlər atdılar. Nəticədə qalib gəldilər? Xeyr. Quru əməliyyatı olmadan heç bir nəticə əldə etmək mümkün deyil".

Prezident vurğulayıb ki, ordu hadisələrin hər cür inkişafına hazır olmalı və mümkün təhdidlərə operativ reaksiya vermək qabiliyyətinə malik olmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin