Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

Hazırda oxunan: Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

612510

ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi "Barselona"nı çempionluq münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, İspaniya La Liqasının 35-ci turu çərçivəsində öz meydanında "Real Madrid"ə qalib gələn "Barselona" vaxtından əvvəl çempionluq titulunu təmin edib.
 

Messi bu münasibətlə öz "Instagram" hesabında paylaşım edərək: "Çempionlar! Yaşasın Barsa!" — sözlərini yazıb.


Xatırladaq ki, 8 qat "Qızıl top" sahibi Lionel Messi 2003-2021-ci illər ərzində "Barselona"nın formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin