Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Hazırda oxunan: Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

612380

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanı İrana qarşı siyasətinə görə sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

ABŞ liderinin sözlərinə görə, İran 47 il ərzində ABŞ və dünya ilə “oyun oynayıb” və Barak Hüseyn Obama prezident olduqdan sonra istədiyinə nail olub.

Tramp iddia edib ki, Obama İrana “sadəcə yaxşı münasibət göstərməyib”, əksinə, “onların tərəfinə keçib”.
 

“Obama İsrailə və digər müttəfiqlərə dəstəkdən imtina etdi və İrana inkişaf üçün yeni böyük imkan yaratdı. Yüz milyardlarla dollar və 1,7 milyard dollar nağd pul Tehrana aparıldı və onlara “nimçədə” təqdim edildi”, - deyə Tramp bildirib.


Onun sözlərinə görə, Vaşinqton, Virciniya və Merilenddəki banklardan külli miqdarda pul çıxarılıb və İrana təyyarələrlə, çamadan və çantalarda göndərilib.

Tramp əlavə edib ki, iranlılar bu qədər pulu görəndə “öz xoşbəxtliklərinə inana bilməyiblər”.
 

ABŞ prezidenti Obamanı “zəif və ağılsız Amerika prezidenti” adlandırıb və onun ölkə üçün “fəlakət” olduğunu bildirib. Bununla belə, o, Co Baydenin Obamadan da pis prezident olduğunu iddia edib.


Trampın sözlərinə görə, İran illərlə ABŞ-ı “aldadıb”, amerikalıları gözləməyə məcbur edib, yollarda yerləşdirilən əldəqayırma partlayıcı qurğularla ABŞ vətəndaşlarını öldürüb, etirazları yatırıb və minlərlə silahsız etirazçının ölümünə səbəb olub.

“Amma onlar artıq gülməyəcəklər”, - deyə Tramp vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin