Uğursuz mövsüm keçirən "Beşiktaş"da bu gün rəhbərliyin iclası olub.
Bizim.Media xəbər verir ki, toplantıda baş məşqçi Sergen Yalçınının gələcəyi müzakirə olunub. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
İstanbul nəhəngi türkiyəli mütəxəssislə yola davam etmək qərarı verib. Super Liqada sonuncu turun oyunu keçirildikdən sonra rəhbərlik 53 yaşlı məşqçi ilə görüşəcək və yeni mövsümün planları cızılacaq.
Qeyd edək ki, Segen Yalçın 2025-ci ilin avqustunda "Beşiktaş"ın baş məşqisi vəzifəsinə təyin olunub. "Ağ-qaralar" Super Liqada 33 turdan sonra 59 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media








































































































