Ukrayna Rusiyanın təklifini rədd etdi

Hazırda oxunan: Ukrayna Rusiyanın təklifini rədd etdi

612505

Ukrayna, ölkədəki müharibənin dayandırılması ilə bağlı Avropa İttifaqı (Aİ) və Rusiya Federasiyası arasındakı danışıqlarda Almaniyanın keçmiş kantsleri Gerhard Şröderin vasitəçi qismində namizədliyini dəstəkləmir.

Bizim.Media xəbər verir ki, "RBC-Ukrayna"nın məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Aİ Şurasının iclası başlamazdan əvvəl bəyanat verib.

Qeyd edək ki, Gerhard Şröderin vasitəçi olması təklifi daha əvvəl Rusiya tərəfindən irəli sürülmüşdü.

Ukrayna XİN başçısı məsələ ilə bağlı mövqeyini qəti şəkildə ifadə edib:

"Biz belə bir namizədliyi birmənalı olaraq dəstəkləmirik".

Sibiqanın sözlərinə görə, Avropada bu funksiyanı yerinə yetirə biləcək kifayət qədər çoxlu sayda digər "layiqli liderlər" mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin