Edmond Marukyan tamamilə ağlını itirib

Hazırda oxunan: Edmond Marukyan tamamilə ağlını itirib

612543

Əgər xüsusi tapşırıqlar üzrə keçmiş səfir, "Maarifçi Ermənistan" partiyasının lideri Edmond Marukyanın bəyanatlarını bir topluya yığsaq, bu, yəqin ki, traqikomediyanın bestselleri olardı.

Komediya ona görə ki, Marukyan adekvat heç nə demir. Faciə isə ondadır ki, Edmond özünün haqlı olduğuna kor-koranə inanır. Onun erməni jurnalistlərə verdiyi növbəti "dərs" bunun sübutudur.

Bizim.Media xəbər verir ki, İrəvandakı "Qələbə parkı"nda onlarla söhbət edən Marukyan belə bir ifadə işlədib:

"Qarabağ müharibəsindəki məğlubiyyət bizim haqsız olduğumuz mənasına gəlmir".
 

Təsəvvür edirsinizmi? Qonşu dövlətin ərazilərinin 20%-ni işğal etmək, soyqırımı və etnik təmizləmələr törətmək, şəhərləri, qəsəbələri və mədəni irsi məhv etmək, onilliklər ərzində daşı daş üstünə qoymamaq, BMT qətnamələrinə məhəl qoymamaq və s. sən demə "maarifçi" Edmond üçün "haqlı olmaq" imiş. Bax belə.


Daha sonra o, Ermənistan hakimiyyətini tənqid etməyə başlayıb ki, guya onlar son illər ərzində Azərbaycanın tezislərindən istifadə edərək ölkə vətəndaşlarını heç nəyə nail ola bilməyəcəklərinə inandırmağa çalışırlar.

Görünür, keçmiş xüsusi tapşırıqlar üzrə səfir reallıq hissini də itirib. "Heç nə alınmayacaq" nə deməkdir? Yenə Azərbaycan torpaqlarını işğal etmək xəyalına düşmüsünüz? Uğurlar! Amma burada heç uğur da kömək etməyəcək, çünki Ermənistan hakimiyyəti yalan danışmırdı. Revanşistlərin doğrudan da heç nəyi alınmayacaq.

Birincisi, müasir Azərbaycan Ordusunun gücü, silahlanması və təcrübəsi ilə Ermənistan silahlı qüvvələri heç vaxt rəqabət apara bilməz.

İkincisi, hazırda iki ölkə arasında bütün Cənubi Qafqaza, ilk növbədə isə Ermənistanın özünə bəhrə verəcək perspektivli sülh prosesi gedir.
 

Əgər Edmond ümid edirsə ki, iyun seçkilərində hazırkı hakimiyyəti revanşistlər əvəzləyəcək və sonra bütün razılaşmaları cırıb ata biləcəklər, bizim Marukyan üçün pis xəbərlərimiz var. Keçmiş diplomat kimi o, incəlikləri bilməlidir. Onun keçəl başında hansı ssenari qurulursa qurulsun, hər şey rəsmi Bakının dediyi və qərar verdiyi kimi olacaq.


Marukyanın erməni seçiciləri üçün nəzərdə tutulmuş seçkiqabağı nağıllarını oxumaq və izləmək həqiqətən əyləncəlidir. Düşünürdünüz ki, o, bununla bitirdi? Xeyr. Daha sonra o, sağlam düşüncə hüdudlarını aşan daha bir absurd müqayisə aparıb – Marukyan Qarabağ müharibəsi ilə faşizmə qarşı mübarizə arasında paralellər qurub:

"Təsəvvür edin ki, 81 il əvvəl babalarımız faşizmə məğlub olsaydılar. Onları inandırmalı idilər ki, faşistlər haqlı idilər? Babalarımız faşizmə qalib gəldilər. Qələbə və ədalət birləşdi. Bizim vəziyyətimizdə isə elə alındı ki, həqiqət uduzdu", – deyə o bildirib.

Bu absurd sitatı şərh etmək belə istəmirik, lakin məcburuq...

Cənab Marukyan, başqa dövlətin ərazilərinin işğalı faktına bəraət qazandırmaq üçün İkinci Dünya Müharibəsi ilə Qarabağ məsələsini müqayisə etmək sizin nə dərəcədə ağlınızın məhsuludur? İkinci Dünya Müharibəsində xalqlar işğala, zorakılığa, məhv edilməyə və insanlığa zidd ideologiyaya qarşı vuruşurdular. Məhz o dövrdə Ermənistanın Azərbaycana qarşı etdiklərinə qarşı! Əslində elə erməni yaraqlıları faşizmlə məşğul idilər.
 

Bu günə qədər ölkənizdə faşist Njdenin qəhrəmanlaşdırıldığını nəzərə alsaq, sussanız daha yaxşı olar. Erməni tərəfinin haqsızlığını sübut edən hərbi uğursuzluq deyil. Bunu otuz illik işğal, beynəlxalq hüquqa məhəl qoymamaq və özgə torpağının zəbtini "tarixi ədalət" kimi qələmə vermək cəhdi sübut etdi.


Marukyanın erməni işğalçı-yaraqlılarını faşizm üzərində qələbə qazananlarla bir sıraya qoymaq cəhdi xüsusilə kinik və absurddur. Qarabağda həqiqət uduzmayıb. Başqasının torpağına sahib olmaq haqqı haqqında mif uduzub.

Onilliklər ərzində erməni cəmiyyətini işğalın norma ola biləcəyinə inandıranların özünəarxayınlığı uduzub. Və Marukyan bunu nə qədər səs-küylü tarixi analogiyalarla ört-basdır etməyə çalışsa, bir o qədər aydın görünür ki, o, reallıqdan tamamilə bixəbərdir. Sizin partiyanızı "maarifçi" adlandırmaq isə əsl absurddur. (Mənbə: Day.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin