800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

Hazırda oxunan: 800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

612559

Ənənəvi Çin gimnastikası olan “baduantszin” arterial təzyiqin təbii yolla azalmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Journal of the American College of Cardiology jurnalında dərc edilən araşdırmada bildirilib.
 

Alimlərin qənaətinə görə, 800 ildən çox tarixi olan bu məşq sistemi yüngül hipertoniya zamanı qan təzyiqini azaltmaqda sürətli yerimə və bəzi dərmanlarla müqayisə oluna biləcək təsir göstərə bilər.


Araşdırmada 40 yaşdan yuxarı 216 nəfər iştirak edib. Məlum olub ki, həftədə 5 dəfə “baduantszin”lə məşğul olan şəxslərdə 3 ay ərzində təzyiq göstəriciləri aşağı düşüb və müsbət təsir bir il davam edib.

Mütəxəssislər bildirirlər ki, bu məşqlər xüsusi avadanlıq tələb etmir, 10-15 dəqiqə çəkir və ürək-damar xəstəliklərinin profilaktikasında faydalı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin