ABŞ-ın Donald Tramp administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışaraq, Ukraynaya yardımı 99% azaldıb.
Bizim.Media xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti məlumat yayıb. Nəşr Vaşinqtonun yeni siyasətini belə şərh edir:
"Tramp administrasiyası Ukraynaya yardımı 99% azaltmaqla Rusiyanın rəğbətini qazanıb. Birləşmiş Ştatlar hələ də döyüş meydanından mühüm kəşfiyyat məlumatlarını təqdim etməyə davam edir. Vaşinqton Moskva ilə Kiyev arasında vasitəçilik üçün unikal mövqedədir. Amerika hökuməti artıq Kiyevə silah ötürməsə də, Ukraynaya bu silahları digər Qərb müttəfiqlərinin vəsaiti hesabına almağa icazə verir".
NYT həmçinin qeyd edir ki, son vaxtlara qədər Ukrayna nümayəndələri Trampın yardımdan tamamilə imtina edəcəyindən qorxaraq, münasibətlərin tamamilə qırılmasından qaçmağa ümid edirdilər.
Bizim.Media








































































































