İranda təxminən 35 milyon insan su qıtlığı ilə üz-üzədir.
Bizim.Media xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin su təsərrüfatı sahəsinin nümayəndəsi İsa Bozorqzadə məlumat verib.
O xəbərdarlıq edib ki, su anbarlarında ehtiyatların artmasına baxmayaraq, suya qənaət zərurəti hələ də qalmaqdadır.
Bozorqzadənin sözlərinə görə, Tehran, Qəzvin, Əlborz, Semnan, Qum, Yəzd, Mərkəzi və İsfahan daxil olmaqla 11 əyalətdə yağıntıların miqdarı normadan aşağıdır.
Tehran su qıtlığından ən çox zərər çəkən bölgələr sırasındadır.
Rəsmi nümayəndə həmçinin qeyd edib ki, su ehtiyatlarının idarə edilməsi yerli səviyyədə həyata keçirilməlidir. Belə ki, bir əyalətdə yağan bol yağışlar digər bölgələrdəki iri şəhərlərin su çatışmazlığı problemini həll etmir.
Bizim.Media








































































































