Kanada Rusiyadan olan 23 fiziki şəxsə, o cümlədən Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovaya qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Nazirliyin bəyanatında qeyd olunur: "Kanada Rusiyanın hərəkətlərini qətiyyətlə pisləyir və daha 23 fiziki, həmçinin beş hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edir".
Son məlumatlara görə, hazırda Kanadanın anti-Rusiya sanksiyaları altında ümumilikdə 80 fiziki və hüquqi şəxs yer alır.

Bizim.Media






































































































