O, Trampa qarşı sui-qəsd ittihamını rədd etdi

Hazırda oxunan: O, Trampa qarşı sui-qəsd ittihamını rədd etdi

612535

Ağ Evin Müxbirlər Assosiasiyasının şam yeməyi zamanı atəş açmaqda ittiham olunan Koul Allen Vaşinqton federal məhkəməsində Prezident Donald Trampı öldürməyə cəhd də daxil olmaqla, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib.

Bizim.Media xəbər verir ki, "The Post"un yaydığı məlumata görə, 31 yaşlı Allenə qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb:

ABŞ prezidentini öldürməyə cəhd;

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum;

Ağır cinayət törətmək məqsədilə ştatlararası odlu silah daşımaq;

Zorakı cinayət zamanı silahdan istifadə etmək.

Təqsiri sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Hadisənin təfərrüatları

Xatırladaq ki, hadisə aprelin 25-də "Washington Hilton" otelində, Prezident Tramp və kabinet üzvlərinin iştirak etdiyi illik təntənəli tədbir zamanı baş verib. İstintaqın məlumatına görə, Allen ABŞ Məxfi Xidmətinin agentinə atəş açıb, lakin zirehli jilet əməkdaşı xilas edib. Bundan sonra şübhəli şəxs zərərsizləşdirilib.

Vəkillərin tələbi

Allenin vəkilləri iddia edirlər ki, administrasiyanın yüksək rütbəli nümayəndələrinin tədbirdə iştirak etməsi prosesə "qeyri-müvafiq təsir" təəssüratı yaradır. Bu səbəbdən müdafiə tərəfi Baş prokuror vəzifəsini icra edən Todd Blanş və Kolumbiya dairəsinin prokuroru Canin Pirronun işdən kənarlaşdırılmasını tələb edir.
 

Hakim Trevor Makfadden növbəti iclası iyunun 29-na təyin edib. Həmin vaxta qədər tərəflər prokurorların kənarlaşdırılması məsələsini mübahisələndirəcəklər.


Qeyd olunur ki, Allen həbs edildikdən sonra intihar riski ilə əlaqədar nəzarət altında saxlanılıb. İstintaq hücumun motivlərini araşdırmağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin