Daha bir doğuş faciəsi

Hazırda oxunan: Daha bir doğuş faciəsi

99300
Yeni uşaq dünyaya gətirən Qazax rayon sakini Bakıda dünyasını dəyişib

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ürkməzli kənd sakini, 1987-ci il təvəllüdlü Təranə Əsgərova Qazaxda ikinci övladını dünyaya gətirdikdən sonra səhhəti pisləşib.

Paytaxtda olan xəstəxanaların birinə aparılan ana orada dünyasını dəyişib. T. Əsgərovanın yaxınlarının bildirdiklərinə görə, qadın qeysəriyyə yolu ilə uşaq dünyaya gətiribmiş.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin